Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 16:42:00
MDU-da “Azərbaycan 500 ASAN Startap” proqramının infosessiyası  

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və ASAN İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan 500 ASAN Startap Proqramı” barədə infosessiya keçirilib.

 

Universitetdən bildirilib ki, ZOOM platforması üzərindən onlayn formatda təşkil olunan infosessiyada  MDU-nun bir qrup tələbə və müəllim kollektivi üzvləri iştirak ediblər.

 

ASAN İnnovasiyalar Mərkəzinin əməkdaşlıq üzrə meneceri Ləman Səlimova və “Azərbaycan 500 ASAN Startap Proqramı” üzrə layihə koordinatoru Ağahüseyn Əhmədov proqramın əsas məqsədi,  gənclər üçün yaratdığı imkanlar barədə  məlumat veriblər. Mərhələli şəkildə icra olunan proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlərin geniş startap hərəkatının yaranmasının sürətləndirilməsi baxımından əhəmiyyətindən danışıblar.

 

Tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanan proqram geniş müzakirələrə səbəb olub; investisiya cəlbi, rəqabətqabiliyyətli fəaliyyət və digər mövzularda fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, MDU-da müəllim və  tələbələrin startap layihələrə aktiv cəlb olunması daim diqqət mərkəzində saxlanılır, bu sahədə onların bilik və bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verilir.