Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 10:00:00
Direktorların işə qəbulu üzrə test imtahanları keçirilir  

Bu gün 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. Bu mərhələdə 1600-dən çox namizədin iştirakı nəzərdə tutulub.

Təhsil Nazirliyindən  verilən məlumata görə, imtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq. Namizədlər bütün mərkəzlərdə hər imtahan seansı başa çatdıqdan sonra 10 dəqiqə ərzində onlara təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olacaqlar.