Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 15:52:00
Xoreoqrafiya Akademiyasında türkiyəli qonaqlarla görüş keçirildi    

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbərliyi Türkiyədən gələn nümayəndə heyəti ilə görüş keçirib.

 

AzEdu.az-ın məlumatına görə, qonaqları akademiyada görməkdən məmnun olduğunu deyən BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli akademiyada görülən işlər, tədris prosesi, əcnəbi tələbələr və gələcək layihələr barədə qonaqlara məlumat verib. Əziz Qarayusifli BXA-nın fəaliyyət istiqamətlərinə, həmçinin geniş beynəlxalq əlaqələrə də toxunub. O, gələcək inkişaf üçün ortaq proqram və layihələr hazırlamaq, konfranslar təşkil etmək fikirlərini də əlavə edib.

 

Sonra Türkiyədən gələn nümayəndə heyətinin rəhbəri “Bir Millet İki Devlet Kardeşlik Destanı Müzikali” layihəsinin rəhbəri, rejissor Serhat Turak səmimi qəbula görə təşəkkürünü bildirib və layihə barədə məlumat verib. Serhat Turak bildirib ki, layihənin məqsədi Azərbaycan və Türkiyənin tarixindən bu günədək gələn dünyəvi və mədəni bərabərliyi və qardaşlığı sənət yolu ilə nümayiş etdirməkdir. O, layihədə Azərbaycan və Türkiyənin tarixi bağının anladılması, tarixdəki Türk şəxsiyyətlərinin və dastanlarının, eləcə də zəfər və hüznlərimizin ortaq olduğu hadisələrin səhnələşdirilməsinin vacibliyindən də danışıb. Sərhat Turak gələcəkdə BXA ilə mütəmadi əməkdaşlıq etmək, yeni ortaq layihələr üzərindən işləməkdən məmnun olacağını bildirib.

 

Sonda isə gələcək əməkdaşlıq və ortaq layihələr barədə fikir mübadiləsi aparılıb.