Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 13:29:00
AzTU-nun müəllimləri beynəlxalq konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının əməkdaşları, professor Bayram İbrahimov və dosent Mehman Həsənov Moskva Rabitə və İnformatika Texniki Universitetində onlayn formatda keçirilən ikigünlük beynəlxalq (IEEE Advancing Technology for Humanity & IEEE Conference # 51389) konfransda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, AzTU-nun müəllimləri “2021 Bort rabitəsi sahəsində siqnalların formalaşdırılması və emalı sistemləri” adlı beynəlxalq konfransın “Naqilli və optik rabitə və nəzarət sistemləri ” bölməsində məruzə ilə çıxış edib.

 

Professor Bayram İbrahimov “Spektral texnologiyaları bazasında optik rabitə şəbəkələrinin buraxma qabiliyyətinin yüksəldilməsi üsullarının tədqiqi”, dosent Mehman Həsənov isə “WDM və DWDM texnologiyaları bazasinda optik-lifli rabitə xətlərinin göstəricilərinin tədqiqi” mövzusunda məruzə edib.