Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 11:49:00
Beyləqanda məktəb binasında yanğın olub

Beyləqan rayonunda orta məktəb binasında yanğın olub.

 

Bu barədə AzEdu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rayon ərazisində yerləşən üçmərtəbəli orta məktəb binasının birinci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi yanıb. Bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.