Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 11:37:00
Paytaxt məktəblərində 196 “Sağlam təhsil” sinfi təşkil edildi

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

 

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları