Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 14:43:00
UNEC müəllimi:“Müasir təhsil millətin gələcəyidir”

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Günel Hüseynovadır.

 

Günel Hüseynova: “Müasir təhsil millətin gələcəyidir”

 

AzEdu.az xəbər verir ki, o, 2006-2010-cu illərdə Bakı Dövlət Universitetin Mexanika riyaziyyat fakültəsində təhsil alıb.

 

2011-2012-ci illərdə Qafqaz Universitetində (indiki Mühəndislik Universiteti) diferensial tənliklər ixtisası üzrə magistr təhsili alaraq, universiteti fərqlənmə diplomu ilə bitirib.

 

2014-cü ildən AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun dissertantıdır.

 

2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək fəaliyyətinə başlayıb.

 

2018-ci ildən Türk Dünyası İqtisad Fakültəsinin "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimidir.