Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 14:19:00
AzTU-da “Zəfər torpağı” adlı tədbir keçirilib - FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) “Zəfər torpağı” adlı onlayn tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən prorektor İsa Xəlilov ilaxır - Torpaq çərşənbəsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan xalqı bu il ilaxır çərşənbəni ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə xalqımızın birliyini və ordumuzun gücünü dünyaya sübut etdi. Azərbaycan xalqı Vətən müharibəsi zamanı “Dəmir yumruq” kimi birləşdi və bununla da zəfərimizin əsası qoyuldu. Artıq işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi istiqamətində dövlət tərəfindən işlərə başlanılıb. Dövlət başçısının göstərişi ilə azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlərin “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında formalaşdırılması üzrə müxtəlif təkliflər hazırlanır. Eyni zamanda sözügedən ərazilərdə yeni logistika imkanlarından istifadə yaranır. Bütün bunlar isə AzTU-nun profili ilə birbaşa bağlıdır.

 

Tədqiqat və inkişaf şöbəsinin aparıcı mühəndisi, ehtiyatda olan polkovnik İslam Hüseynov da Azərbaycan Ordusunun Vətən müharibəsində  göstərdiyi şücaətdən danışıb.

 

 

Sonra Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın uğrunda döyüşlərdə iştirak edən AzTU-nun tələbələri - qazi Zahir Əvəzli, müharibə iştirakçıları Növrəs İbadov və Adil Minayev çıxış edərək qələbənin memarı, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib, bayram münasibəti ilə təbriklərini çatdırıb.

 

Tədbir tələbələrin Şanlı Qələbəyə həsr etdikləri bədii hissə ilə davam edib.

 

Tədbirin sonunda universitetin ictimai həyatında fəal iştirak edən tələbələr fəxri fərmanla mükafatlandırılıb.