Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 14:07:00
“Elm günləri”ndə növbəti tədbir: İslam maliyyə sistemi

UNEC-də Elm günləri çərçivəsində növbəti tədbir “İslam maliyyə sistemi” mövzusunda olacaq.

 

AzEdu.az xəbər verir ki, UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə keçiriləcək tədbirdə mərkəzin tədqiqatçısı Əfqan Musayev İslam maliyyə sisteminin fəlsəfəsi, təfsiri, əsas subyektləri, tərəfdaşları, müqavilələri, borc münasibətləri barədə təqdimatla çıxış edəcək.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və  UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

 

18 mart 2021-ci il tarixində saat 12.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən https://zoom.us/j/97182157247  linki vasitəsilə qoşula bilərsiniz. Seminar UNEC-in rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanacaq.