Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 12:00:17
Əfqanıstanda silahlılar tələbələrin olduğu avtobusa hücum etdi

Əfqanıstanın Bağlan vilayət Universitetinin müəllim və tələbələrini daşıyan avtobusa silahlılar tərəfindən hücum edilib, 2 nəfər öldürülüb.

 

AzEdu.az  xəbər verir ki, bu barədə “RİA Novosti” təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

 

Mənbələrin məlumatına görə, avtomobus Puli-Xumri şəhəri yaxınlığında raketlə vurulub. Hücum nəticəsində avtobus sürücüsü və bir tələbə ölüb, altı müəllim yaralanıb.

 

“Avtobusda təxminən 25 müəllim və tələbə olub”, - “Tolo News” telekanalı mənbələrdən sitat gətirib.

 

Bağlan polisi hücumun arxasında radikal “Taliban” silahlılarının dayandığını bildirib.