Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 11:12:00
Bakı Xoreoqrafiya Akademiyasında yeniyetmələrlə bağlı maarifləndirici tədbir keçirildi  

Bakı Xoreoqrafiya Akademiyasının Tam orta təhsil pilləsində məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə “Yeniyetmələr arasında zərərli vərdişlərə meyillərinin, hüquq pozuntuları hallarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a akademiyadan məlumat verilib. Bildirilib ki, tədbirdə Nəsimi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis kapitanı Yeganə Zeynalova və Nəsimi Rayon 21-ci Polis Bölməsinin inspektoru, polis leytenantı Elşən Xuduşov iştirak ediblər.

 

Tədbir “Sosial məsafənin saxlanılmasına dair metodik göstərişlər”in qaydalarına riayət edilməklə təşkil olunub.