Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 09:25:00
Respublika fənn olimpiadalarının finalçıları müəyyənləşdi 

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub. Nəticələrə əsasən, 589 şagird fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanıb. Nəticələrlə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.

 

AzEdu.az-ın məlumatına görə, finalda iştirak edəcək şagirdlərin 272 nəfəri Bakının, 317 nəfəri isə bölgələrin payına düşür. Şagirdlərin 200 nəfəri qız, 389 nəfəri isə oğlandır.

 

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank"ın sponsorluğu ilə təşkil edilir.