Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 15:00:00
"Bərbərlər, maşın ustaları və aşbazlar da sertifikat alacaqlar” - Azərbaycanda İLK

"Bərbərlər və digər iaşə sahəsində çalışan şəxslər bacarıqlarını təsdiq etmək üçün müəyyən mərhələdən keçməklə sertifikat əldə edəcəklər”

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, formal və ya qeyri-formal yolla əldə olunan biliklərin və səriştələrin tanınması üçün mexanizm hazırlanacaq:

“Bu Azərbaycan üçün tam yeni qaydadır. Bu gün əmək bazarında çoxlu insanlar var. Hansı ki, müəyyən şəxslərin yanında hazırlaşmaqla xüsusi bacarıq əldə ediblər. Ancaq onların-bərbərlərin və digər iaşə sahəsində çalışanların nə dərəcədə peşəkar olduğu bilinmir. Yeni qaydaya əsasən, həmin şəxslər bacarıqlarını təsdiq etmək üçün müraciət əsasında müəyyən mərhələdən keçib sertifikat əldə edəcəklər. Onlara peşəkarlıqlarını təsdiq edən sənəd veriləcək”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları