Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 13:35:00
Gəncədə daha iki məktəb koronavirusa görə bağlandı  

Gəncə daha iki orta məktəb distant təhsilə keçib.  

 

AzEdu.az xəbər verir ki, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, buna səbəb 31 nömrəli tam orta məktəbdə 4 şagirdin, 36 nömrəli tam orta məktəbdə isə 3 müəllimin COVİD-19 infeksiyasına yoluxmaları ilə bağlıdır.

 

Onun sözlərinə görə, məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə dərslər dayandırılıb və hər iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, bundan əvvəl də Gəncədə daha iki məktəb distant təhsilə keçib.(Apa)