Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 13:23:00
ADNSU tələbələri İdarəetmə Sistemləri İnstitutunda təcrübə keçiblər  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda istehsalat təcrübəsi keçirlər.

 

AzEdu.az xəbər verir ki, elmi müəssisədən bildirilib ki, tələbələrə institutun sərgi zalında texnoloji proseslərin avtomatlaşdırılması istiqamətində görülən işləri əks etdirən natural eksponatlar əyani şəkildə göstərilərək izah olunur.

 

Tələbələr tərəfindən maraqla qarşılanan təcrübə karantin qaydalarına riayət olunmaqla keçirilir.