Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 13:11:00
“Tək millət, tək ürək” Platforması 200 tələbənin təqaüdlə təhsil almasına yardım EDƏCƏK  

"Tək millət, tək ürək" Beynəlxalq Humanitar Qardaşlıq Platforması çərçivəsində şəhid və qazi ailələrinin övladlarının Türkiyənin Sivas Dövlət Universitetində təqaüdlə təhsil almaları üçün bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Gələn il üçün hədəfimiz 200 tələbənin təqaüdlə təhsil almasına yardım etməkdir.

 

AzEdu.az xəbər verir ki, bunu Türkiyə və Azərbaycan İş Adarı və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat martın 15-də humanitar platformanın 100-cü günü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

 

Görülən işlər nəticəsində bu günədək 25 tələbənin Sivas Dövlət Universitetində təqaüdlə təhsil aldığını bildirən TÜİB-in rəhbəri əlavə edib ki, 44 günlük tarixi II Qarabağ müharibəsində Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərin ailələrinə, yaralılara, qazilərə və onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan aksiya çərçivəsində, onların təhsil, sosial və maddi-mənəvi problemlərinin həlli istiqamətində qardaşlığın bir təcəssümü kimi bundan sonra da uğurlu iş aparılacaq.