Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 12:47:00
Daha 2 rayonda koronavirusla bağlı məktəb bağlandı - YENİLƏNİB

Koronavirus infeksiyası səbəbindən daha bir orta məktəbdə əyani təhsil dayandırılıb.

 

AzEdu.az  xəbər verir ki, Ağdaş şəhərində yerləşən Bəkir Nəbiyev adına tam orta məktəb də distant təhsilə cəlb olunub.

 

Belə ki, təhsil müəssisəsində 2 şagird və 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

 

Qeyd edək ki, 2020-2021 ci tədris ilində rayon üzrə təhsil müəssilərində bu günə kimi 35 şagirdə, 9 müəllimdə COVID-19 virusu aşkar edilib.

 

12.42
 

Koronavirus infeksiyası səbəbindən daha bir orta məktəbdə əyani təhsil dayandırılıb.

 

AzEdu.az xəbər verir ki, Kürdəmir rayon Qarasu kənd orta məktəbində distant təhsilə keçirilib.

 

Belə ki, müəllimlərdən birinin koronavirus testinin nəticəsinin pozitiv olması ilə əlaqədar bu gündən həmin təhsil müəssisəsində tədris 14 gün distant formada davam edəcək.

 

Qeyd edək ki, bundan bir neçə gün əvvəl rayonun 1 saylı orta məktəbində koronavirus infeksiyasına görə məktəbin 2 b sinfi bağlanmışdı.(Report)