Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 09:53:00
İsveçdə müsəlman məktəbində yanğın törədildi  

İsveçdə naməlum şəxslər müsəlman ailələrinin övladlarının təhsil aldığı məktəblərdən birində yanğın törədiblər.

 

AzEdu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  hadisə Erebru şəhərində “Alsalamskolan” məktəbində olub.

 

Məktəbin direktoru Hüseyn Aldaodi SVT telekanalına bildirib ki, müşahidə kameralarının kadrlarında iki naməlum şəxsin məktəbdə yanğın törətmələri aydın görünür. Onun sözlərinə görə, videokadrlar polisə verilib.

 

"Maskalı naməlum şəxslər birinci mərtəbənin pəncərələrinin şüşələrini sındırıblar və məktəbə yanar maddə atıblar. Hadisə səhər tezdən baş verib, xoşbəxtlikdən həmin vaxt məktəbdə heç kim olmayıb", - Aldaodi deyib.

 

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.