Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 14:10:00
Ali təhsilini yarımçıq qoyan tələbələrə də diplom veriləcək - TƏHSİL NAZİRLİYİ

“Üzürlü səbəblərdən ali təhsilini yarımçıq qoyan tələbələrə orta ixtisası bitirməsi və əmək bazarına daxil olması üçün diplom veriləcək”

Azedu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, mövcud olmuş qaydalarda üzürlü səbəblərdən təhsilini yarımçıq qoyan şəxslərin təhsilalma hüququ dayanırdı:

“Yeniliyə əsasən, təhsilini yarımçıq qoyan şəxsin ali məktəbdə oxuduğu dövrdə topladığı kredit oxuduğu ixtisas üzrə subbakalavrda tanınacaq və ona qısa müddət ərzində orta ixtisası bitirmək və əmək bazarına daxil olmaq hüququ verən diplom veriləcək. Bu qayda gələn tədris ilindən qüvvəyə minəcək”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları