Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-14 12:36:00
AzTU-nun əməkdaşı koronavirusdan vəfat edib - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib.

 

AzEdu.az xəbər verir ki, Rəna Kərimova 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

 

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!