Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 14:26:00
AZTU istehsalat və elmi-tədqiqat təcrübələri davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübələri davam edir.

AzTU-dan AzEdu.az-a bildirilib ki, tələbələr “Azərsu” ASC, “Baku Steel Company”, Sumqayıt Kimya Sənaye Parkı, “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC, “Okuklu İnşaat” MMC, PASHA Bank, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, “Improtex Trucks and Buses” MMC, “Titan Group” MMC, “BestVomp Group” MMC-də karantin rejiminin şərtlərinə riayət olunmaqla təcrübə keçir.
Bununla yanaşı, mövcud vəziyyətlə əlaqədar olaraq əyani təcrübəyə cəlb oluna bilməyən tələbələrin onlayn təcrübə proqramında iştirakı Karyera Mərkəzinin əməkdaşları tərəfindən izlənilir.

Qeyd edək ki, magistrantların elmi-tədqiqat təcrübələri martın 15-də yekunlaşacaq. Martın 16-dan etibarən isə onların elmi-pedaqoji təcrübəyə cəlb olunmaları nəzərdə tutulur.