Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 14:05:00
Abituriyentlər mütləq onlayn sınaqda iştirak edib yeni modeli mənimsəsinlər-Ekspertdən ÇAĞIRIŞ

Nazirlər Kabinetinin qərarı ilə  ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilib.

 

Yeni təsdiqlənən qərarlar şagirdlərin imtahan göstəricilərinə necə təsir edəcək?

 

“Nazirlər kabinetinin yeni təsdiqlədiyi qərarlara uyğun olaraq DİM tərəfindən IX və XI siniflər üzrə buraxılış imtahanı modelinə uyğun yeni sınaq imtahanları otk.az portalına yerləşdirilib. Abituriyentlər qatılacaqlar imtahanının məzmunu ilə bu sınaq vasitəsilə tanış ola biləcəklər. İmtahan  birmərhələli təşkil olunacaq”. 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Global Teacher Prize beynəlxalq  müəllim mükafatının qalibi, ingilis dili müəllimi Məhəmməd Qarakişiyev deyib. O, abituriyentləri mütləq sınaqda iştirak etməyə səslədi:

 

“Həmçinin 9 və 11-ci sinif buraxılış imtahanında fənlər üzrə qrammatikadan suallar azaldılıb. Situasiya tipli açıq suallar salınmayacaq. Ümumiyyətlə abituriyentlər dinləmə və oxu bacarıqlarını inkişaf etdirirlərsə, onlar üçün açıq və ya qapalı tipli sualların həlli problem yaratmır. Əsas odur ki, onlar sınaq imtahanında iştirak edib yeni modellə tanış olsunlar. Yeni kitablarımızı da abituriyentlər üçün nəşr etmişik. Onlar üçün əlavə dərslik vəsaitidir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları