Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 17:50:00
"Vəziyyət kritik hədd kimi dəyərləndirilsə belə, yoluxmaları məktəblə əlaqələndirmək yanlışdır"    
Bir neçə məktəbin koronavirusa görə bağlanması bütövlükdə məktəblərin bağlanması üçün əsas ola bilməz, özü də buraxılış və qəbul imtahaları ərəfəsində...
 

“Hər şeydən əvvəl onu qeyd edim ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir. Yəni, bu qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər.”
 

Bu fikirləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov  deyib. 
 

Ekspert qeyd edib ki, bu gün hasısa bölgədə koronavirusa görə bir neçə məktəb bağlanıbsa, digər bölgədə bir neçə məktəbin fəaliyəti bir həftəlik fasilədən sonra yenidən bərpa olunub: “Yəni, bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, pandemiyanın yaratdığı ağır fəsadları aradan qaldırmaq üçün dövlətimiz və əlaqədar qurumlar tərəfindən mümkün olan imkanlardan maksimum dərəcədə istifadə olunur. Qərarların qəbul olunması zamanı aşkarlıq və şəffaflıq təmin olunur, əlaqədar qurumlarla müvafiq məsləhətləşmələr aparılır, ümumi ictimai rəy nəzərə alınır, müəyyən məsələlərə yanaşmada könüllülük prinsipinə yol verilir.”
 

N.İsrafilov vurğulayıb ki, atılan addımlarda maraqlı tərəflərin mənafeyi mümkün dərəcədə nəzərə alınır:
 

“Digər bir məsələ də ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə arzu və istəyindən asılı olmayıb, hətta Təhsil Nazirliyinin öhdəliyində belə deyil. Səhiyyə orqanlarının təhlilləri və təklifləri əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir. Təhsil Nazirliyi də davamlı olaraq, digər dövlət və özəl qurumları əməkdaşlığa dəvət edərək, təhsilin "ayaq üstə saxlanılması" üçün bütün mövcud imkanlarda istifadə edir, bərabər texnoloji imkanların yaradılması üçün mümkün dəstəyi göstərir.”
 

Sonda həmsöhbətimiz əlavə edib ki, məktəblərin yenidən bağlanmasının düşünmür:
 

"Belə halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam. Hər şey yoluxmanın artım və ya azalma dinamikasından asılıdır. Başqa sözlə, hər hansı bir qərar zamana bağlıdır. Hesab edirəm ki, vəziyyət kritik hədd kimi dəyərləndirilsə belə, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirmək yanlışdır. Bir neçə məktəbin koronavirusa görə bağlanması bütövlükdə məktəblərin bağlanması üçün əsas ola bilməz, özü də buraxılış və qəbul imtahaları ərəfəsində. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma – hələ ki, real variantı bunda görürəm.
 
 
iki sahil