Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 17:02:00
Pilot layihə çərçivəsində 709 nəfər sakinin rəyi öyrənilib

“İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərar qəbuletmə mexanizmlərinin işlənməsi” pilot layihəsi üzrə Qobustan və Abşeron rayonunun seçilmiş yaşayış məntəqələrində fevralın 26-dan başlanılan sorğular martın 5-də başa çatıb. Sorğuda ümumilikdə 709 nəfər sakinin rəyi öyrənilib.

 

AzEdu.az xəbər verir ki, üzrə əldə olunan nəticələr əsasında sözügedən ərazilərdə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üzrə mövcud problemlər müəyyən ediləcək və onların həlli istiqamətində tədbirlər planı hazırlanacaq. 

 

Qeyd edək ki, sorğunun keçirilməsinə Azərbaycan Texniki Universitetnin (AzTU) Nəqliyyat və logistika fakültəsində bakalavriat və magistratura səviyyələrində təhsil alan 12 tələbə cəlb olunub. Sorğuda iştirak etməzdən əvvəl ERA Marketing Center şirkətinin təlimçiləri sorğu anketinin doldurulması üçün müvafiq proqram təminatından istifadə qaydaları haqqında tələbələrə təlim keçib.

 

Pilot layihənin aprel ayında tam başa çatması planlaşdırılıb.

 

Bu baradə AzTU-dan bildirilib.