Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 12:37:33
“AXC ona görə nümunə oldu ki, onun qurucuları maarfçi idlər” - PROFESSOR

“Məhəmməd Əmin Rəsulzadə-seçilmiş pedoqoji əsərləri” adlı kitab çap olub. Kitab 2888 səhifədən ibarətdir. Professor Fərrux Rüstəmovun dərc etdiyi kitabda M.Ə.Rəsulzadənin  pedoqoji, təhsil, tədrislə bağlı təkliflərinə yer verilib".

Kitabın təsisçisi professor Fərrux Rüstəmov AzEdu.az-a açıqlamasında kitabın nəşr olunma tarixindən danışıb:

“Mən bu işə hələ  1988-ci ildən başlamışam. O vaxtlar Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycan Xalq Cümhuriyyətinin adını çəkmək yasaq  idi. Biz Mirzə Fətəli Axundov adına kitabxanada asperant  idik. Tədqiqat aparmağa yeni başlamışdıq. Orada Sovet dessidentlərindən biri var idi. Bir dəfə söhbətində Cümhuriyyətdən, Rəsulzadədən danışdı və marağğımızı çəkdi. Başladıq onu araşdırmağa. Bakı Dövlət Universitetində bir dostum vardı, Şamil Vəliyev. Onunla birgə Rəsulzadənin əsərlərini topladıq. Məni Rəsulzadənin pedoqogika, maarifçilik, təhsillə bağlı fikirləri xüsusi maraqlandırırdı. Onları yavaş-yavaş topladıq. Bu işdə bizə Şirməmməd Hüseynov da kömək etdi.

Azərbaycan Dövlət Pedoqoji Universitetində “Azərbaycan təhsilində  pedoqoji fikrin tarixi” adlı fənn tədris olunur. O vaxt mən Rəsulzadəni öyrənməyi təklif edəndə dedilər ki, o, dövlət, siyasət  adamıdır. Biz də onun pedoqogikkasını araşdırdıq. Məlum oldu ki, 70-ə yaxın birbaşa təhsil, maariflə bağlı məqaləsi var. O dövrün maarifçiləri səviyyəsində yazır. Problemi qoyur və həlli yollarını göstərir. Bütün yazılarını həmin kitaba daxil etmişik.  Nəfis tərtibatı ilə seçilən kitab təbii ki, mənim öz vəsaitimlə ərsəyə gəlib. Satışa verməmişəm. Kitab elədir ki, onu məndən yalnız mənəviyyat, fikir adamları istəyirlər. Mən də kitabımı onlara satmır, bağışlayıram”.  

O, kitabın quruluşu, yer verilən mövzulara aydınlııq gətirib:

“Kitabın əvvəlində prezidentin Cümhuriyyətin yüzilliyi, Cümhuriyyət ili elan olunması və M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqda sərəncamları verilib. Sonra Rəsulzadənin həyat və fəaliyyətinin qısa xronikası gəlir. Kitabın tərtibçisi kimi “Rəsulzadənin həyatında pedoqoji sirr” adlı ön söz yazmışam. Burada onun Azərbaycan pedoqoji fikir tarixində, maarifçiliyində rolu haqda danışılıb. Onun təlim, tərbiyə, mənəviyyat, əxlaq, maarifçilik, milli özünüdərklə bağlı ideyalarına yer verilib.  Rəsulzadənin məktəb, maarif haqqında konkret fikirləri, BDU-nun, orta təhsil müəssisələrinin yaradılması zamanı fəaliyyəti məsələlərinə toxunulub.  Onun həm Azərbaycan, həm də ölkədən kənardakı fəaliyyəti işıqlandırılıb. Daha sonra Məmməd Əmin Rəsulzadənin məktəb, maarif, təhsillə bağlı məqalələri dərc olunub.  Yəni, bu, Rəsulzadənin haqqında kitab deyil, onun öz kitabıdır”.

Professor kitabda qeyd olunan Rəsulzadənin tədris pedoqogika haqda fikirlərini açıqlayıb:

“Onun “Milli dirilik” adlı məqaləsi də kitabda yer alıb. Burada milətin milli mənəvi diriliyinin şərtləri kimi onun dili, məktəbi, mədəniyyəti, teatrı və mətbuatı göstərilir. Konkert olaraq bu millətin ayaqda qalması üçün nələr lazım olduğu deyilir.

BDU-nun yaradılmasını müzakirə edəndə parlamentdə hamı Rəsulzadəyəqarşı çıxıb. Deyiblər ki, bizə universitet lazım deyil. İlk baxışdan onların dediyində də həqiqət var. Universitetdə orta təhsili olan adamlar oxuyurlar. Onlar deyirdi ki, bizim orta məktəbimiz yoxdur. Universitet açsaq, orada rus, ermənilər oxuyacaqlar. Rəsulzadə  isə bildirir ki, öncə universitet açmaq lazımdır. O yazır:

“Bilirsinizmi ki, yeni bir Yunanıstanı yaradan Afina  Universiteti olub. Dahilərin adını çəkir və deyir ki, bunları yetişdirən universitet olub”.

Kitabda Rəsulzadənin Cümə məktəblərinin vacibliyi ilə bağlı fikirlərinə də yer verilib. Rəsulzadə deyir ki, oxumaq və yazmağı bilmək lazımdır. Əhali savadlanmalıdır. O, təhsil almasa, işlərimiz fani olacaq.

Rəsulzadə deyirdi ki, yalnız əlifba öyrənməklə xalq azadlığa, istiqlala qovuşa bilməz. Kitabımda Rəsulzadənin “təlim ümumi, icbari və pulsuz olmalıdır” fikrinə də yer verilib.

Yəni, burada M.Ə.Rəsulzadənin maarif, pedoqogika haqda təklif və fikirləri əks olunub. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuryyəti ona görə nümunə oldu ki, onun qurucuları maarfçi idlər. Bütün işlərində maarif, təhsil dayanırdı”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları