Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 17:37:00
12 orta ixtisas təhsil müəssisəsi publik hüquqi şəxs statusu alıb

Nazirlər  Kabinetinin  2020-ci  il  10  İyul  tarixli  250  nömrəli  Qərarına  əsasən  12  orta  ixtisas  təhsili  müəssisəsi  çevrilmə  və  yenidən  təşkil  yolu  ilə  publik  hüquqi  şəxs  statusu  alıb.

 

AzEdu.az   xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  məlumat  verilib.

 

İl  ərzində  orta  ixtisas  təhsili  müəssisələrinin  optimallaşdırılması  tədbirləri  davam  etdirilib.

 

Nazirlər  Kabinetinin  2020-ci  il  17  fevral  tarixli  qərarları  ilə  isə  orta  ixtisas  təhsili  müəssisələrinə  ümumi  orta  və  tam  orta  təhsil  bazasında  tələbə  qəbulu  Qaydalarında  dəyişiklik  edilib.