Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 15:20:00
Masallıda Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib  

Masallı şəhər 3 nömrəli tam orta məktəbində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.

 

AzEdu.az xəbər verir ki, yarımfinal turunda Masallı, Cəlilabad və Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə bilik və bacarıqlarını sınayıblar.

 

Turun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyənləşəcək. Hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.