Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 13:18:00
Məktəblərdə  sosial  məsafəni  qorumağın  10  yolu – Vacib  QAYDALAR

Pandemiyanın  davam   etdiyi  müddətdə  məktəblərdə  sağlamlıq  baxımından  təhlükəsiz  və  sosial  məsafəni  qoruyan  bir  sıra  qaydaların  tətbiqi  vacibdir.

 

Hələ  əksər  ölkələrdə  təhsil  müəssisələri  tədrisi  onlayn  şəkildə  davam  etdirdiyi  zaman  Danimarkada  yerləşən  Kopenhagen  Beynəlxalq  Məktəbində (Copenhagen International School) əyani  dərslər  bərpa  olunmuşdu.

 

400  şagirdi  tədrisə  cəlb  edən  məktəb, sağlamlıq  baxımından  bir  sıra  yeni  qaydalar  tətbiq  edərək  ənənəvi  tədrisin  gedişatını  tənzimlədi.

 

Kopenhagen  məktəbinin  müəssisə  rəhbəri   Kent  Sehested  məktəblərdə  sosial  məsafəni  qorumaq  üçün  əsas  10  yolun  olduğunu  bildirib.

 

AzEdu.az  müəssisə  rəhbərinin  qeyd  etdiyi  10  yolu  təqdim  edir:

 

1.Dəqiq  nişanları  və  istiqamətləri  tənzimləyin

 

Hər  şeydən  əvvəl  tətbiq  olunacaq  yeni  qaydaların  valideynlərə  və  məktəb  heyətinə  dəqiq  şəkildə  izah  edildiyindən  əmin  olmaq  lazımdır.

 

Kent  Sehested  bununla  bağlı  bildirir: “Məktəbi  açmazdan  bir  neçə  gün  əvvəl  direktorun  valideynlərə  göndərdiyi  və  açıq  təlimatlardan  ibarət  olan  e-male  işimizi  çox  asanlaşdırdı. Nəticə  olaraq  əksər  valideyn  və  şagirdlərin  yeni  qaydalara  hazırlıqlı  və  nə  etmələri  olduqlarını  bilərək  məktəbə  gəldiklərinin  şahidi  olduq”.

 

Eyni  zamanda  müəssisə  rəhbəri,  valideyn  və  şagirdlər  məktəbə  addım  atdıqlarında  həm  özünün, həm  də  digər  əməkdaşların  onlara  yardım  etmək  üçün  hazır  gözlədiklərini  qeyd  edib:

 

“Əməkdaşlarla  birlikdə  hər  səhər  məktəbin  həyətində  gözləyir  və  insanların  doğru  şəkildə  sıraya  girməsinə  kömək  edirik. Suallarına  cavab  veririk  və  hər  zaman  yanlarında  oluruq – bu  hamının  özünü  təhlükəsiz  hiss etməsinə  şərait  yaradır”.

 

2.Sosial  məsafə  məktəbdən  kənarda  başlayır

 

Məktəbin  həyəti  potensial  təmas  baxımından  ən  riskli  zonalardan  biridir, bu  səbəblə  insanların  sosial  məsafəni  qorumasına  yardımçı  olacaq  qaydalar  tətbiü  etmək  zəruridir:

 

“İnsanların  arasında  iki  metrlik  bir  sıra  yaratmaq  üçün  xətlər  çəkdik  və  yol  nişanlarından  istifadə  etdik. Bu  sosial  məsafənin  qorunmasına  kömək  edir. Biz  məsafəni  qorumaq  üçün  yol  nişanlarından  istifadə  etdik, digər  məktəblər  müxtəlif  vasitələrdən  də  istifadə  edə  bilərlər”.

 

3.Sosial məsafə məktəbin  içində  də   davam  edir

 

Sosial  məsafə  məktəbin  içində  də  qorunur: “Şagirdlərin  məsafələrini  qorumalarına  yardımçı  olmaq  üçün  yerə  lentlər  yapışdırdıq. Harada  dayanmalı  olduqlarını  bildikləri  zaman  qaydalara  daha  rahat  şəkildə  əməl  edə  bilirlər”.

 

4.Məktəbə giriş və  çıxış  saatları  üst – üstə  düşməyəcək  şəkildə  tənzimlənir

 

Sıxlıqdan  qorunmaq  üçün  şagirdlər  müxtəlif  vaxtlarda  məktəbə  gəlir  və fərqli vaxtlarda  məktəbdən  ayrılırlar. Uşaqların  yarısı  səhər  8.30 - da məktəbə  gəlir və  günorta  2.30 - da  çıxır, digər  yarısı  9- da  gəlib  günorta  3 -də  məktəbdən  çıxır.

 

İctimai  nəqliyyat  vaxt  və  sıxlığı  səbəbindən  əlverişsiz  ola  bilər.

 

"Həm də fiziki məsafəni  artıra  və  uşaq  sayını  bir  dəfəyə  endirə bilmədiyimiz  üçün  məktəb  avtobus  xidmətimizi  dayandırmalı  olduq" - deyə Sehested  əlavə  edir.

 

5.Sıxlığın minimuma endirilməsi  və  idarə  edilməsi

 

Digər  bir  vacib  məsələ, məktəbin  giriş  və  çıxış  hissəsində  yarana  biləcək  sıxlığa    nəzarət  etməkdir.

 

Sehested, “Sıxlığın  qarşısını  almaq  üçün  bir  əsas  giriş  istifadə  etmək  əvəzinə, üç  ayrı  giriş  və  üç  ayrı  çıxışdan  istifadə  edirik. Binanın  ətrafında  insanların  saat  əqrəbi  istiqamətinin əksinə  hərəkət  etməsini  təmin  edirik, bu  sayədə  tək  istiqamətli  bir  insan  axını  yaranır  və   insanlar  bir-birilərinə  dəymir, sıxlıq  yaratmır” – deyə  bildirdi.

 

6.Gözləmə zalları və  dezinfeksiya  vasitələri

 

Təmizliyin  tənzimlənməsi  ən  vacib  məsələlərdən  biridir. Bu  səbəblə  məktəb  rəhbərliyi  şagirdlərin  məktəbin  başqa bir  hissəsinə  hissəsinə  getmədən  öncə  dezinfeksiya  olunmasını  təmin  etmək  üçün  “gözləmə  zalları”  yaratdı:

 

“Şagirdlər  məktəb  binasına  daxil  olduqdan  sonra  uyğun  məsafələrlə  yerləşdirilmiş  stullara  əyləşərək  gözləmə  salonlarına  yerləşdirilirlər.Bina  girən  və çıxan  hər  kəsin  təmizliyinə  nəzarət  etmək  üçün  bütün  giriş-çıxışlarda  dezinfeksiya  vasitələri  var”.

 

7.Sinifdə  tədris  10  nəfərlik  qruplar  halında  aparılır

 

Əvvəlcədən  təyin  edilən  və  dəyişməyən  müəllimlərə  sahib  az  şagirdin  olduğu  siniflər  qurmaq, yoluxuma  riskini  minimuma  endirən  sadə  amma  olduqca  təsirli  bir  metoddur:

 

“Şagirdlərimiz  10  nəfərlik  qruplar  halında  və  sadəcə  bir  müəllimlə  dərs  prosesini  davam  etdirirlər. Özlərinə  məxsus  əl  yuma  yerlərinə  sahibdirlər. Nəticə  olaraq  şagirdlər  sadəcə  9  sinif  yoldaşları  və  bir  müəllimləri  ilə  gündəlik  ünsiyyətdə  olurlar, eyni  zamanda  xüsusi  dərs  də  keçirlər”.

 

8.Fərdi yemək qutuları  siniflərdə  paylanır

 

Günorta  yeməyini  hər  şagirdin  öz  sinfində  yeməsi  təmas  riskini  azaltmağa  kömək  edir:

 

“Ümumi  bufetdən  yemək  alıb  orada  yemək  əvəzinə, ayrı – ayrı  qablarda  yeməklər  siniflərə  gətirilir. Məktəb,  bu  yemək  qutularının  bir  dəfəlik  istifadı  üçün  olduğunu, maddi  baxımda  uyğun  olmasa  da  şagirdlərin  təhlükəsizliyi  üçün  tək  çıxış  yolunun  bu  olduğunu  bildirir”.

 

9.Davamlı şəkildə təmizlik  işləri  görülür

 

“Təbii  olaraq  hər  şey  davamlı  şəkildə  təmizlənir. Tutacaqlar, oyuncaqlar və ümumi  istifadə  olunan  hər  şey  gündə  iki  dəfə  təmizlənir" -  deyir Sehested.

 

Bütün  bunlar  məktəbin  təmizlik  qrupu  tərəfindən  həyata  keçirilir, ancaq  hər  şey  tez – tez  təmizləndiyi  üçün  xərclər  artır. Məktəbin  digər  bölmələri  bağlı  olduğu  üçün  qismən  qənaət  etmək  mümkün  olur.

 

10.Çevik olun

 

"Ümumi  olaraq  düşünürəm  ki, əsas  şey  çevik  olmaq, yaxşı  qulaq asmaq  və  lazım  olduqda  sürətli  dəyişikliklər  etməkdir"  - deyə  müəssisə  rəhbəri  qeyd edir.

 

“Çox  çalışmalı  olduq, ancaq  məktəbimizi  açmağı  bacardıq. Şagirdləri  burada  görmək  gözəldir  və  hər  gün  normal  həyatımıza  geri  qayıdırıq”.

 

Qeyd  edək  ki, hazırda  Azərbaycanda  orta  məktəblərdə  ənənəvi  tədris  hibrid  formada  davam  etdirilir.