Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 10:12:00
SABAH tələbələri magistratura imtahanında yüksək nəticə göstərib  

2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində iştirak etmiş SABAH qrupları tələbələrinin 96,53 faizi keçid balını toplayıb.

 

AzEdu.az xəbər verir ki, tələbələrdən 1 nəfəri məntiq komponenti (50/50), 3 nəfəri isə ingilis dili komponenti üzrə maksimal bal (25/25) toplayıb.

 

Ümumilikdə Azərbaycanda magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində cari ildə məzun olacaq 766 nəfər SABAH tələbəsindən 432 nəfəri iştirak edib, onlardan 417 nəfəri keçid balını toplayıb.