Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 17:16:00
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı    

Bu gündən Gəncə şəhərində yerləşən 26 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

 

AzEdu.az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

 

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

 

Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

 

Qeyd edək ki, bundan başqa bu gün ölkə ərazisində fəaliyyət göstərən daha altı məktəb COVID-19-a görə bağlanıb.