Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 16:30:00
“Təhsil – Tələbə Krediti” sistemi üçün 80 mln. manat  vəsait nəzərdə tutulub

2021 – ci  ildə  Azərbaycanda  “Təhsil – Tələbə  Krediti”  sisteminin  yaradılması  nəzərdə  tutulur.

 

AzEdu.az  bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  məlumat  verilib.

 

Qeyd  edilib  ki, bu  məqsədlə  2021-ci  il  üçün  təsdiq  edilmiş  dövlət  büdcəsində  80 mln.  manat  vəsait  nəzərdə  tutulub.

 

Sistemin  hüquqi  təminatı  üçün  Təhsil  Nazirliyi  tərəfindən  “Təhsil – Tələbə  Krediti  Fondu”nun  yaradılması  və  fəaliyyətinin  təmin  edilməsi  ilə  bağlı  bir  sıra  tədbirlər  haqqında” Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanının  layihəsi  hazırlanıb.