Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 14:28:00
Masallı məktəblisi Respublika onlayn yaradıcılıq müsabiqəsində ikinci yer tutub  

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən onlayn müsabiqədə masallılı məktəbli uğur qazanıb.

AzEdu.az xəbər verir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən onlayn yaradıcılıq müsabiqəsində Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin X sinif şagirdi İlqarə Şahbazzadə ikinci yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqəyə 295 ümumtəhsil məktəbindən və 49 Uşaq-Gənclər İnkişaf Mərkəzindən 601 şagird qatılıb.