Azedu.az

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində seminar: Gələcəyə baxış

10 Mart 2021, 09:12
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində seminar: Gələcəyə baxış

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Gələcəyə baxış” mövzusunda seminar keçirilib.

 

Bu barədə AzEdu.az - a UNEC-dən məlumat verilib. Bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini İnara Rzayevanın təşəbbüsü və fakültənin Tələbə-Mentor qrupunun dəstəyi ilə ISE-nin birinci kurs tələbələri üçün təşkil olunan seminarda fakültənin xaricdə magistr təhsili alan və uğurla fəaliyyət göstərən məzunları da iştirak ediblər.

 

Türkiyənin ODTU, Fransanın ICD Biznes Məktəbi, Almaniyanın Hamburq Universiteti, Macarıstanın Szeged Universitetində magistr təhsili alan məzunlardan Müzəffər Abbasov, Faiq Xasayev, Nurlan Cahangirli, Emil Alıyev tələbələrə UNEC-də təhsil almağın üstünlüklərindən danışıblar. Həmçinin xaricdə təhsil və uğurlu karyera qurmağın yolları barədə təcrübələrini paylaşıblar.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox