Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 14:46:00
“WorldSkills Azerbaijan’’ AzTU ilə əməkdaşlığa başlayır - FOTO

Azərbaycan Texniki Universitendə (AzTU) “WorldSkills Azerbaijan” (WSA) platformasının nümayəndə heyəti ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə “WorldSkills” hərəkatının məqsəd və vəzifələri, Azərbaycanda təhsilin və kadr hazırlığının inkişaf perspektivləri, qurumlararası əməkdaşlığın inkişaf istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.  AzTU-nun Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli “WorldSkills” peşə bacarıqları hərəkatına qoşulmaq üçün gənc mütəxəssislərin hazırlanmasının ölkədə kadr çatışmazlığı probleminə müsbət təsir edəcəyini bildirib. Müzakirələr zamanı AzTU ilə WSA-nın əməkdaşlığının təhsilin inkişafına töhfə verəcəyi də qeyd olunub.

 

Qeyd edək ki, WSA peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. WorldSkills hərəkatına qoşulmaqla Azərbaycan bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirir, eləcə də həmin standartların təhsil sisteminə inteqrasiyasına xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq miqyasda təmsil etmək imkanı yaradır.