Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 11:56:00
Məktəbdə səmərəli psixoloji xidmət” layihəsinə  yekun vuruldu

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Məktəbdə səmərəli psixoloji xidmət” layihəsinin yekunu olaraq “Daha yaxşı təhsil üçün psixoloji xidmətlərin təşkili və tərəfdaşlıq” mövzusunda vebinar təşkil edilib.

 

Vebinara təlim iştirakçıları ilə yanaşı müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri, təhsil ekspertləri, ictimai  fəallar da qatılıb.

 

 

 Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Əzət Dadaşova qonaqları salamlayaraq, ona yaradılan şəraitə görə Təhsil Nazirliyinə təşəkkür edərək “Məktəbdə səmərəli psixoloji xidmət” layihəsinin məqsədi, layihə çərçivəsində görülən işlərlə bağlı qonaqlara məlumat verdi.

 

Daha sonra təlimə qatılan qonaqlar, təlim iştirakçıları layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər.

 

Qeyd olunub ki, təlimlərə Bakı və Abşeronla yanaşı müxtəlif regionlardan da müəllim, psixoloq və valideynlərin qatılması layihənin daha böyük kütləyə çatması baxımından səmərəli olub.

 

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib, həmçinin layihə çərçivəsində çap olunan buklet və kitabçalarla təmin olunublar. Tədbirin sonunda iştirakçılar aktual və vacib mövzunun dəstəkləndiyinə, bu istiqamətdə işlər görüldüyünə, gənc müəllimlərə etimad göstərilib onların stimullaşdırıldığına görə Təhsil Naziliyinə təşəkkürlərini bildiriblər.