Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-08 12:05:00
Beynimizi gənc saxlamağın 5 effektiv yolu  

Oturaq həyat tərzi, pis vərdişlər təkcə orqanizmimizə deyil, həm də beynimizə zərər verir. Bu isə yaşımızın üstünə yaş gəldikcə Alzheimer xəstəliyinə tutulma təhlükəsinə başlıca səbəbdir.

Bəs beynimizin erkən yaşlanmasının qarşısını almaq üçün nə etməliyik?

1. Vərdişlərinizi dəyişin

Sağlam həyat tərzi təkcə bədənimiz üçün deyil, həm də beynimiz üçün vacibdir. Sadə dəyişikliklərdən başlamaq zamanıdır. Misal üçün, gecə içdiyiniz bir fincan qəhvəni, ətirli yaşıl çay ilə əvəz edin. Onun tərkibində daha az kofein və daha çox antioksidan vardır. Antioksidanlar isə beyin hüceyrələrini zədələrdən qoruyur. Qaynadılmış qidanı rasiondan çıxarın. Bol meyvə, tərəvəz, dəniz məhsulu və zeytun yağı yeyin.

2. Hər gün ən az 20 dəqiqə idmanla məşğul olun

 Bəli, bəli. Bu da beynimizin sağlamlığı üçün vacivdir. Aerobika qan dövranını gücləndirir, yaddaşı yaxşılaşdırır və yeni beyin hüceyrələrinin inkişafını stimullaşdırır. Bundan əlavə, idman antidepressant effektini göstərir.

3. Komfort əhatənizdən tez-tez çıxın

Beyninizin gənc qalması üçün onun müxtəlif mövzular üçün işləməsi vacibdir. Bütün stereotiplərin əksinə, beyin proqramlaşdırılmayıb. Onu dəyişmək və inkişaf etdirmək mümkündür. Beynin bu xüsusiyyəti neyroplastiklik adlanır. Xarici dil və ya hər hansı alətdə ifa etmək, o cümlədən fərqli sahələrdə fəaliyyət göstərən insanlarla ünsiyyət qurmaq beynimizi inkişaf etdirir.

4. Doyunca yatın

Beynin yenilənməsi üçün zaman lazımdır. Buna görə də sutkada 7-9 saat yatmaq lazımdır. Yatdığımız zaman beynimiz neyrotoksinlərdən, Alzheimer xəstəliyinə səbəb olan beta-amiloid və tau-zülallardan, Parkinson xəstəliyinə gətirib çıxaran alfa-sinukleindən təmizlənir.

5. Aktiv sosial həyat tərzinə sahib olun

Ətrafdakilarla daha az ünsiyyətdə olan insanların zehni bacarıqları digər insanlarla müqayisədə 70% daha azdır. Bundan əlavə, tənha insanlar ətrafdakiları təhlükə olaraq görür. Belə ki, təklikdə çox zaman keçirən insanların beyni üçün insanlarla ünsiyyət yad və təhlükəli bir şey olaraq görür. Bu isə bir növ müdafiə reaksiyasıdır.