Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-07 15:07:00
Bu ixtisas üzrə təlim proqramına ərizə qəbulu davam edir

Peşə üzrə Dövlət Agentliyi (PTDA) növbəti “Avtoyükləyici operatorları hazırlıq kursu” təlim proqramına ərizə qəbulu elan edir.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, təlim üçün martın 10-dək müraciət etmək olar. Təlim kursunun məqsədi seçilmiş iştirakçılara avtoyükləyicinin quruluşu, mexanizmlər, sistem və aqreqatlarının iş prinsipləri üzrə nəzəri biliklərin öyrədilməsi, o cümlədən praktiki vərdişlər qazandırmaqla mütəxəssis yetişdirilməsini təmin etməkdir. İştirakçılar təlimin sonunda mövcud avtoyükləyicilərin texniki xassələri və modelləşdirmə perspektivləri ilə tanış olacaq, texniki xidmətlərin keçirilməsi zamanı görülən işlərin həcmini, yerinə yetirilmə qaydasını, texniki vəziyyətinin yoxlanması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması səriştələrinə yiyələnəcəklər.

 

Ümumilikdə 100-ə yaxın onlayn və praktiki məşğələlərdən ibarət təlimin sonunda müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Qeyd edək ki, sözügedən təlim kursu PTDA-nın silsilə şəklində keçirdiyi çoxistiqamətli təlimlərdən biridir.