Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-06 18:00:00
 Uşaqlar üçün “Qarabağ Azərbaycandır!” adlı jurnal çap olunub - FOTOLAR          

         

Bu günlərdə “Bakı Uşaq Nəşriyyatı” tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır!” adlı jurnal işıq üzü görüb.

 

Jurnal  kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulub.

 

“Rəngləyək” və “Öyrənək” bölmələrindən ibarət olan bu jurnalda 44 günlük II Qarabağ müharibəsi zamanı işğaldan azad olan torpaqlarımız şeir və rəsm dilində balacalara təqdim olunub.

 

Jurnalda həmçinin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ ərazisinin tarixi ilə uşaqları yaxından tanış etmək üçün görməli yerlər və tarixi abidələr əksini tapıb. 

 

İnanırıq ki, bu jurnal gələcəkdə bir tədris vəsaiti olaraq metodiki cəhətdən kiçik yaşlı uşaqların psixomotorik, zehni və idraki fəaliyyətinin inkişafına, eyni zamanda vətənpərvər ruhda böyüməsinə böyük töhfə verəcəkdir. Xatırladaq ki, jurnalın təsisçisi və tərtibçisi Rəşid Aslan, ideya müəllifi Nizami Məmmədli, redaktoru və şeirlərin müəllifi Vahid Aslandır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları