Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-06 15:31:00
Dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir  

Ümumilikdə 52 dövlət orqanında 250 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il dekabrın 10-da elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

AzEdu.az xəbər verir ki, müsahibədə 119 nəfər uğur qazanıb. Onlardan 25-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 15-i Bakı şəhəri Nizami Rayon Məhkəməsində, 13-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 2006 nəfər sənəd verib. Müsahibə aprelin 16-da başa çatacaq.