Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-06 09:42:00
Bu ölkədə məzun olan xarici tələbələr işləmək üçün ölkədə qala biləcəklər  

Böyük Britaniyada məzun olan xarici tələbələr işləmək üçün daha 2 il ölkədə qala biləcəklər.

 

AzEdu.az xəbər verir ki, krallıqda təhsilini müvəffəqiyyətlə bitirən xarici tələbələrin işləmək və ya iş axtarmaq üçün bu ölkədə daha iki il qala biləcəkləri açıqlanıb. Doktoranturanı bitirən şəxslər isə 3 il müddətində ölkədə qalaraq işləyə və ya iş axtara biləcəklər.

 

Qəbul edilən qərar iyulun 1-dən tətbiq ediləcək. Lakin bunun üçün müraciət edənlərin iyunun 21-dək Britaniyada olmaları lazımdır.

 

COVID-19 epidemiyası səbəbindən 2020-2021-ci illərdə öz ölkələrində onlayn akademik təhsilə başlayanlar da bu sistemə müraciət edə biləcəklər.(Azərtac)