Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-04 10:24:00
Sabunçu məktəbliləri üçün "Açıq qapı" günü keçirilib - FOTO

Martın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) Bakı şəhərinin Sabunçu rayonunun məktəbliləri üçün növbəti onlayn “Açıq qapı” günü keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Açıq qapı” günündə AzTU-nun əməkdaşları, Sabunçu rayon məktəblərinin  müəllimləri, XI sinif şagirdləri və onların valideynləri iştirak edib.

 

Görüşdə AzTU-nun fakültələri, ixtisaslari, elmi-tədqiqat laboratoriyaları, kadr hazırlığı, karyera imkanları, ikili diplom proqramları və digər məlumatlar məktəblilərin diqqətinə çatdırılıb.

 

Qeyd edək ki, onlayn "Açıq qapı" günləri Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri üçün mütəmadi olaraq keçiriləcək.