Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-03 17:21:00
İdarə müdiri: "Yanaşı xəstəlikləri olan müəllimlər peyvənd olunmayacaq"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müəllimlərin peyvənd olunması məsələsini şərh edib. 

 

AzEdu.az-ın məlumatına görə, İdarə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, vaksinasiya könüllüdür, amma zəruri olaraq keçirilməsi vətəndaş məsuliyyəti və peşə təəssübkeşliyinə görə olmalıdır: “Vaksinasiya olunan şəxslər mütləq həkim müayinəsindən keçir, yanaşı xəstəliklər varsa, vaksinasiya olmur. Göstəricilərə uyğun vaksinasiya olunur. Dövlətin yaratdığı imkandan istifadə etməliyik”.

 

Qeyd edək ki, bu gündən müəllimlərin vaksinasiyasına başlanılıb.