Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-03 12:49:00
Magistratura imtahanlarının Respublika  birincisi – “ Bu universitetimizi seçəcəyəm”

 

 

“Magistraturaya  hazırlaşan  zaman  başlıca  hədəfim  Respublika  birincisi  olmaq  idi  və  buna  nail  oldum”.

 

Bunu  AzEdu.az -a  açıqlamasında  magistraturaya  qəbul  imtahanı  üzrə yüksək  nəticə  göstərərək  Respublika  birincisi  olan  Pərviz  Vəliyev  bildirib.

 

Onu  öz  dilindən  tanıyaq...

 

“Mən  Vəliyev  Pərviz, Sumqayıt  şəhərində  yaşayıram. Bakı  Mühəndislik  Universitetinin  son  kurs   tələbəsiyəm. Universitetə  qəbul  imtahanında  617  bal  toplamışdım.  Bu  il  magistratura  üzrə  də  qəbul  imtahanı  verdim. Bu  zaman  başlıca  hədəfim  Respublika  birincisi  olmaq  idi  və  buna  da  nail  oldum”.

 

Respublika   birincisi  imtahana  hazırlıq  prosesindən  danışdı:

 

““Master  Nömrə - 1”  kursunun  Sumqayıt  filialında  hazırlaşdım. Magistraturaya  hazırlaşan  hər  kəsə  bu  kursu  məsləhət  görürəm. Qəbulda  90  balı  keçərək  yüksək  nəticə  göstərən  18  nəfərin  15 – i  bizim  kursun  tələbəsidir. Oktyabrdan  etibarən  5  ay  müddətində  müntəzəm  hazırlaşdım”.

 

İnformatika  digərlərinə  nisbətən  çətin  gələ  bilər

 

“Rahat  şəkildə  hazırlaşdım, imtahanda   çox  çətinliyim  olmadı. Bircə əzbərləmək  daha  çox  olduğu  üçün  informatika  digərlərinə  nisbətən  bir  az  çətin  gələ  bilər. Ancaq  həvəslə  hazırlaşanda  o  da  rahat  olur.  Məntiqi öyrənməyi  və  onunla bağlı suallar üzərində işləməyi  daha çox  sevirdim”. 

 

Pərviz, təhsilini  davam  etdirmək  üçün  Bakı  Ali  Neft  Məktəbini  seçəcəyini deyib:

 

“Təhsilimi  magistratura  pilləsi  üzrə  davam  etdirmək  üçün  hələ  dəqiq  seçim  etməmişəm. Ancaq  ehtimal  ki,  Bakı  Ali  Neft  Məktəbinin  Kimya  mühəndisliyi  ixtisası  üzrə  magistratura  təhsilini  almağı  seçərəm”.

 

Son  olaraq  o, imtahana  hazırlaşan  digər  tələbələrə  öz  tövsiyələrini  verib:

 

“Tələbələr  hazırlaşmadan   öncə  qarşılarına  məqsəd  qoysunlar, məqsədsiz  hazırlaşmasınlar. Sonra  isə  bu  məqsədə  çatmaq  üçün  səy  göstərsinlər. Bunun  üçün  istəyin, əzmin, özünə  inamın  olmasıdır.  Düşünürəm  ki, bunlardan  hər  hansı  biri  olmasa  uğur  qazanmaq  mümkün  olmur.”

 

Qeyd  edək  ki, 28  Fevral  tarixində  keçirilən  magistraturaya  qəbul  imtahanlarının  nəticələri  dünən  elan  edildi.