Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-02 10:21:00
ADNSU-da mülki müdafiə məsələləri hər zaman diqqətdə saxlanılır  

1 Mart – Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Hazırda BMMT-yə dünyanın 50-dən çox ölkəsi daxildir. Ölkəmiz bu nüfuzlu təşkilata 1993-cü ildən daxil olub.

 

AzEdu.az xəbər verir ki, 2005-ci ilin dekabr ayından etibarən ölkə Prezidentinin sərəncamı ilə Mülki Müdafiə İdarəsi FHN-nin tərkibinə daxil edilib. Azərbaycanda mülki müdafiə təşkilatı bir neçə istiqamət üzrə ixtisaslaşıb. Qurumun tərkibində ayrılıqda Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti və Xəzər Hövzə Qəza-xilasetmə Xidməti fəaliyyət göstərir. Mülki Müdafiə Qoşunlarının maddi-texniki təchizatı, eləcə də qoşunların şəxsi heyətinin təminatı daim dövlət nəzarətindədir. Əsas məqsədlərdən dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətmək, MM kadrlarının hazırlanması və təkmilləşməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir.

 

Beynəlxalq Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təmin etmək mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi dayanır. Bu məqsədlə Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur.

 

Bu il tədbirlər planında “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusu üzrə müzakirə nəzərdə tutulmuşdur. Ölkəmizdə və bütün dünyada mövcud və ehtimal olunan potensial təhlükələrin real vəziyyətdə hər bir ailə üçün yaratdığı təhlükə və gigiyena qaydalarına əməl edilməsinin əhəmiyyəti, bu gün üçün önəmli olan virusların yayılmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər barədə əhalinin məlumatlandırılması məsələsidir.

 

Mülki müdafiə ümumxalq işidir və hər bir Azərbaycan vətəndaşı fəlakət və fövqəladə hallar zamanı təhlükəzilik məsələlərini öyrənməli, özünü, ailəsini, uşaq və qocaları qorumağı bacarmalıdır. Faciə yaşanan hadisələr təkcə müharibə dövründə baş vermir, insanlar - təbii fəlakətlər, texnogen qəzalar, bakterioloji və virusoloji xəstəliklərin yayıldığı dövrdə də belə vəziyyətlərdən qorunmaq yollarını daim öyrənməli, bilik və bacarıqlarını təkmilləşdirməlidirlər.

 

ADNSU –da bu sahədə bir cox işlər görülmüşdür: MM quvvələri yaradılmış, fövqəladə hallar üzrə komissiya (FHK) təşkil olunmuş, MM strukturuna rəhbərlik edən heyətin funksional vəzifələri təyin edilmişdir. MM üzrə şəxsi heyətlə keçirilən dərslər, məşq və təlimlər onların fövqəladə hallara qarşı daim hazır olmasını gücləndirən əsas amildir. Bununla yanaşı mühafizə qurğularının mövcudluğu, fərdi mühafizə vasitələri, MM qüvvələrinin müasir texnika və cihazlarla təmini mühüm önəm daşıyir. Fövqəladə vəziyyətin xarakterindən asılı olaraq  FHK və MM  qərargahının bu sahədə apardığı iş daim rəhbərliyin diqqət mərkəzindədir.

 

Mülki müdafiənin ümumxalq mahiyyəti, onun təşkilati quruluşu və həyata keçirdiyi tədbirlərin önəmliyi bu tədbirlərdə geniş əhali kütləsinin iştirakı ilə müəyyən olunur. Baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrə qarşı hazır olmaq, qabaqcadan profilaktik tədbirləri yerinə yetirmək, FH nəticələrini müvəffəqiyyətlə aradan qaldırması işləri MM orqanları ilə yanaşı, digər dövlət strukturlarının birgə fəaliyyətini nəzərdə tutan təhlükəsizlik tədbirləri sistemidir.

 

Elm və texnika inkişaf etdikcə, yeni sənaye sahələrinin meydana gəlməsi MM-nin vəzifələrinin günü-gündən aktuallığını artırır. MM dərslərinin bütün ali məktəblərdə keçirilməsi, tələbələrə fövqəladə hadisələrdə düzgün hərəkət etmələri, özlərini təhlükələrdən xilas etməklə yanaşı, başqa insanlara yardım göstərə bilmələri baxımından zəruridir.

 

Fövqəladə hadisələr zamanı hər bir Azərbaycan vətəndaşı qəzaların nəticələrinin aradan qaldırılmasına, xilasetmə işlərinə öz bilik və bacarığı səviyyəsində köməklik göstərməlidir. Bu, MM sahəsində çalışan işçilərin, bütünlükdə əhalinin hazırlıq səviyyəsinin artırılmasına yönəlmiş vacib məsələlərdəndir.