Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 14:40:00
İmtahan qrafiki namizədlərin şəxsi səhifələrinə göndərilib -DİQ müsabiqəsi

 

 

6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil ediləcək. İmtahanların keçiriləcəyi yer və qrafik barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub.

 

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq. Namizədlər aşağıdakı linklərə daxil olaraq test imtahanı proqramı və izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərlər:

 

https://edu.gov.az/upload/file/xeber/2020/10/test_imtahan_proqrami.pdf

 

https://edu.gov.az/uploads/news/02/test-numuneleri.pdf