Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 11:33:00
  İmtahan nəticələri bu tarixdə açıqlanacaq  

 

 

“İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur”

 

AzEdu.az-ın məlumatına görə,  Dövlət İmtahan Mərkəzi paylaşım edib.

 

Fevralın 28-də magistraturaya I qəbul imtahanı keçirildi.  Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

 

Namizədləri ən çox maraqlandıran sual isə  imtahan nəticələrinin nə vaxt açıqlanması ilə bağlıdır.

 

“Martın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur”.

 

Qeyd edək ki, imtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.