Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 15:08:08
"Hər yaşda öyrənək" layihəsi çərçivəsində müəllimlər üçün təlimlər keçirildi

Fərdi kateqoriya üzrə

Layihənin adı: “Hər yaşda öyrənək”

 

Layihənin rəhbəri : Qaraxanova Esmira Cümşüd qızı

 

İşlədiyi ümumi təhsil  müəssisəsinin adı və vəzifəsi: Gəncə şəhər 26 saylı məktəb-liseyin TTIÜDM.

 

Layihənin icra müddəti: 20.11.2020-20.02.2021

 

Layihənin məqsədi: Şagirdlərin emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün təhsilverənlərin öz fəaliyyətlərində innovativ psixoloji biliklərdən və  müasir təlim metodlarından istifadəsini inkişaf etdirməkdir.

 

Əsas fəaliyyətlər və əldə olunan nəticələr:

 

Müəllim hər bir şagirdə şəxsiyyət kimi yanaşmalı, təlim və tərbiyədə onların yaş və fərdi xüsusiyyətlərini, anlaq səviyyəsini, psixoloji durumunu və s. mütləq nəzərə almalıdır. Bu şagirdlərin hərtərəfli inkişaf etdirilməsi üçün əhəmiyyətli amillərdən biridir.Bu baxımnan   müəllimlər üçün psixoloji biliklərinin artırılmasına yönəlmiş təlimlərin keçirilməsi olduqca vacibdir.  Bildiyimiz kimi bütün dünyanı cənginə almış virusla əlaqədar pandemiya şəraiti uşaqlara həm bioloji, həm də psixoloji mənfi  təsir göstərməkdədir. Şagirdlərin emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün təhsilverənlərin öz fəaliyyətlərində innovativ psixoloji biliklərdən və  müasir təlim metodlarından istifadəsini inkişaf etdirmək əsas məqsədimiz olmalıdır.

 

Layihə çərçivəsində Gəncə şəhər ümumtəhsil  məktəblərindən təlimlərə ümumilikdə 57 nəfər müəllimə cəlb olunmuşdur. Müəllimlərə uşaqlarda öyrənmə və qavrama çətinliyinin psixoloji tərəfləri,  davranış pozuntusu, hiperaktivlik, diqqət defisiti, fobiyalar, assosiallıq, aqressiya, özünə qapanma, özünəgüvən əksikliyi, stresə davamsızlıq, həyəcan təşvişi  mövzularına aid təlimlər keçirildi.

 

Keçirilən təlimlərdə uşaq psixologiyasını bilən, şagirdlərdə psixoloji problemlərin yaranmasının qarşısını alan, uşaqlarda özünə inam hissi yaradan, nitq pozğunluqları nəticəsində yaranmış natamamlıq kompleksini və stressini aradan qaldıra bilən, valideyinlərlə birgə iş təşkil edən yüksək insani keyfiyyətlərə malik müəllimlər formalaşması üçün lazımı bilik, bacarıq və vərdişlər aşılandı. Bu təlimlər nəticəsində müəllimlər ümumi, xüsusi və konkret metodikalarla şagirdlərə yanaşaraq, daxili potensiallarıını, irsi, genetik imkanlarını aşkar etməyin, onları inkişafa yönəltməyin yollarını öyrəndilər. Eyni zamanda, yarana biləcək problemlərin qarşını almaq üçün valideynlərlə də  iş aparılmasının və psixoloji maarifləndirmə mövzusunda görüşlərin  təşkil edilməsinin faydası və üstünlükləri müəllimlərdə pedaqoji səriştəliliyi daha da artırdı. Müəllimlərə təlimlərin sonunda onlayn test imtahanı keçirildi.  Onlayn təlimlərin  sonunda  müəllimlərin  fikir və düşüncələri haqqında  onlayn sorğu yəni təlimlərin qiymətləndirilməsi aparıldı.

 

Sonda təlimlərdə fəal iştirak edən şagirdlərə, onların valideynlərinə və müəllimlərə sertifikatlar təqdim edildi