Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 10:12:00
Kollec və Universitet mühitini necə yaxşılaşdırmaq olar?-Deputatdan təkliflər

Milli Məclisdə “Elm və təhsil” komitəsinin üzvü, ekspert Etibar Əliyev kollec və universitet mühitinin yaxşılaşdırılması istiqamətində fikirlərini qeyd edib. AzEdu.az xəbər verir ki, o, bunu öz facebook hesabında paylaşıb.

Həmin təklifləri təqdim edirik:

-müəllimlərin statuslarının təhsil uğurlarına görə artırılması və onların tələbə və şagirdlərinin standart testlərdəki performanslarına görə mükafatlandırılması;

 

-təhsil sahəsindəki maaşların sənayedəki maaşlara yaxınlaşdırılması;

 

-daha çox təqaüd, qrant və laboratoriya avadanlığı;

 

-fakültələrin qabaqcıl müəllimlərinin iştirakı ilə daha yaradıcı və həvəsləndirici kurikulumların, dərs kitablarının yazılması;

 

-məzun olmaq üçün laboratoriya dərsləri seçmənin şərt kimi qoyulması;

 

-ənənəvi səbəblərlə elmdən kənar düşənlərə xüsusi diqqət ayrılması;

 

-tanınmış alimləri dərsliklər, seminar, qəzet və jurnal məqalələri, televiziya proqramları vasitəsilə xalqın elm və təhsilinin artırılması prosesində iştirak etmək üçün təşfiq etməliyik. Əlavə olaraq birinci və ikinci kursda məcburi skeptik düşünmə və elmi metodlar dərsini də sınamağa dəyər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları