Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-24 17:14:00
Peşə Təhsili üzrə Dövlət Agentliyi: Avtoyükləyici operator təliminə ərizə qəbulu elan olunur  

Avtoyükləyici operator təliminə ərizə qəbulu elan olunur.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, təlim iştirakçılarına avtoyükləyicinin quruluşu, mexanizmlər, sistem və aqreqatlarının iş prinsipləri öyrədiləcək. Təlim proqramı mühazirə (6 saat), qrup işi (23 saat) və praktiki məşğələlərdən (78 saat) ibarətdir.

İştirak etmək istəyən namizədlərin B kateqoriyasına aid sürücülük vəsiqəsi olmalıdır. Müraciətlər fevralın 28-dək [email protected]  elektron ünvanına “Avtoyükləyici operator” başlığı ilə qəbul olunur.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət sertifikatı təqdim olunacaq. İlk uğurlu 20 namizədə təqaüd veriləcək. Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (Məhsəti küçəsi 3, Bakı) təşkil olunacaq.