Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-24 12:26:00
UNEC-də Xocalı Soyqırımına həsr olunan onlayn beynəlxalq seminar keçiriləcək

25 fevral saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı Soyqırımına həsr olunan onlayn beynəlxalq seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, seminarın açılışında UNEC-in rektoru, professor Ədalət Muradov, millət vəkilləri Aqil Abbas və Elman Məmmədov çıxış edəcəklər.

 

UNEC-in professoru Abbas Seyidov, İstanbul Universitetinin professoru Kutluk Kağan Sümer, Gürcüstan Dövlət Universitetinin professoru Otar Abesadze və UNEC-in Xocalıdan olan əməkdaşı Nərmin İbrahimovanın Xocalı Soyqırımı ilə bağlı məruzələri dinləniləcək.